On respublikaçı konqresmen ABŞ Dövlət katibi Entoni Blinkenə məktub yazaraq, Co Bayden administrasiyasını Rusiyaya qarşı daha qətiyyətli mövqe tutmağa çağırıb.
Bu barədə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin saytında məlumat yayılıb.
Konqresmenlər “Qazprom”, metallurgiya, mədənçıxarma da daxil olmaqla, Rusiya sənayesinin digər əsas sektorlarına qarşı sanksiyaların tətbiq edilməsini istəyiblər.
Onlar Kiyevə hərbi sahədə maliyyə yardımını artırmağa çağırıblar. Konqresmenlərin fikrincə, bu yardım ölüm silahları və hava hücumundan müdafiə vasitələrini əhatə etməlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 2021-ci ildə ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiyaya qarşı təklif etdiyi sanksiyalar paketini üç dəfə rədd edib. Amerika lideri hesab edir ki, Rusiyaya qarşı təklif olunan tədbirlər kifayət qədər sərt deyil.