ABŞ ordusuna çağırış olunanlar narkomaniyadan əziyyət çəkir

88

Amerika ordusuna yeni əsgərlərin çağrılmasında problemlər yaranıb. Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.

Qeyd olunur ki, hələ 2022-ci ildə ABŞ-ın keçmiş ordu katibi Brett Velikoviç kadrların qəbulu ilə bağlı problemlərin dörd il əvvəl başladığını deyib. O, 34 milyon işə qəbul edilənin 71 faizinin əsgərlik meyarlarına cavab vermədiyini söyləyib. Səbəb kimi o, narkomaniya, piylənmə, sağlamlıq problemləri və cinayətlərə cəlb olunmasını göstərib.

Florida Nümayəndələr Palatasının nümayəndəsi, respublikaçı Maykl Uolsun sözlərinə görə, buna görə ABŞ prezidenti Co Baydenin administrasiyası günahkardır. O izah edib ki, ordunun siyasiləşməsi bürokratiyanın artmasına gətirib çıxarıb ki, bu da zabitləri və əməkdaşları öz real məsuliyyətlərindən yayındırır.

Havar Şəfiyeva