ABŞ kosmosda məxfi peykinin olduğunu açıqlayıb

1

ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə məxfi peyk çıxardığını bildirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, söhbət kiçik ölçülü X-37B peykindən gedir. Məlumata görə, peyk 2017-ci ildə kosmosa çıxarılıb və 2 illik istifadədən sonra Yerə qayıdıb.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin idarə rəisi Rendi Valdenin sözlərinə görə, məxfi peykin missiyasının gedişatında araşdırma laboratoriyası üçün eksperimentlər aparılıb.

Qeyd edilir ki, daha əvvəl bu peyk barədə məlumat verilməyib.