ABŞ hərbi məsləhətçiləri İsraili Qəzza zolağında genişmiqyaslı əməliyyat keçirməməyə çağırır və özünü dəqiq hava zərbələri ilə məhdudlaşdırmağı təklif edir. Elchi.az xəbər verir ki, “CNN” vəziyyətlə tanış olan çoxsaylı mənbələrə istinadən Vaşinqtonun İsrail ordusunu razı salmaq istəyi barədə məlumat yayıb.
Mənbələrin sözlərinə görə, müşavirlər Qəzza zolağında girovların, mülki şəxslərin həyatını təhlükəyə atacaq və bölgədə gərginliyi daha da artıra biləcək genişmiqyaslı quru əməliyyatına başlamaq əvəzinə, İsraili dəqiq hava hücumları və hədəfli reydlərdən istifadə etməyə çağırırlar. Onların İraqın Mosul şəhərinin xüsusi əməliyyatlara əsaslanan İŞİD-dən azad edilməsi üçün ABŞ koalisiyasının döyüşü zamanı hazırlanmış strategiyalardan da istifadə etdikləri aydınlaşdırılır.
Havar Şəfiyeva