ABŞ-ın Ukraynadakı münaqişəni dondurmağa hazırlaşdığı məlum olub

104

ABŞ prezidenti Co Baydenin administrasiyası illər, hətta onilliklər boyu Ukraynada münaqişənin dondurulması ssenarisinə hazırlaşır. Elchi.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

ABŞ rəsmiləri uzunmüddətli dondurma variantlarını, o cümlədən Ukrayna və Rusiyanın keçməməyə razılaşacağı potensial sərhədlərin yaradılması qərarını müzakirə edirlər.
Politico qeyd edir ki, tərəflərdən heç birinin rəsmi şəkildə sona çatması ilə razılaşmadığı dondurulmuş münaqişə ABŞ və Ukraynanı dəstəkləyən digər ölkələr üçün də siyasi baxımdan uzunmüddətli məqbul nəticə ola bilər.

Havar Şəfiyeva