"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

ABŞ-ın Qafqaz siyasəti: Bakıdan nə istəyir?

03 Oktyabr 2023 - 09:56
in GÜNDƏM
FacebookVatsap

Azərbaycanın antiterror tədbirlərindən sonra Qərb mətbuatında Vaşinqton və Brüsselin Cənubi Qafqazdakı fəaliyyəti “ABŞ və AB siyasətinin iflası”, “Qərb diplomatiyasının uğursuzluğu”, “fəaliyyətsizlik” kimi ifadələrlə səciyyələndirilir.
Elchi.az xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin araşdırmasında bildirilib.
Təhlildə qeyd edilib ki, adətən, uğursuzluqlardan sonra iki nəticə çıxarılır:
– Biz hər işi düzgün etdik, lakin başqalarının səhv hərəkətlərinə görə uğursuzluğa düçar olduq. Lakin eyni qaydada davam etməliyik;
– Səhv özümüzdədir. Haradasa yanlışlığa yol verdik və artıq yanaşmamızı dəyişməliyik.
“Qərb öz səhvlərini etiraf edəcək, yoxsa fəaliyyətinin düzgünlüyündə israr edəcək?
Qərbin səhvləri haqqında çox danışılıb: Erməni mərkəzli yanaşma, Azərbaycanın əsaslı gözləntilərinə tamamilə məhəl qoyulmaması və Rusiyanın fəaliyyətinə şərait yaradılması – bütün bunlar Qərbin regiondakı mövqeyini hazırki vəziyyətə gətirib çıxarıb.
Ermənistanın təşkilatçılığı ilə Qarabağdan ermənilərin köçü Qərbi çətin vəziyyətə salıb. Əgər erməni mərkəzli fəaliyyətə davam etsələr, baş verənləri “etnik təmizləmə” adlandırıb, özlərini Azərbaycana qarşı birtərəfli hərəkətləri nəzərdə tutan dar çərçivəyə salacaqlar!
Elə isə Qərb Cənubi Qafqazdan nə istəyir?! İndiki şəraitdə buna necə nail olmaq olar?!
Qısaca, Qərbin bölgədəki maraqları və həmin maraqlara cəlb olunan ölkələri qeyd edək:
– Enerji – Azərbaycan mənbə və tranzit ölkə kimi, Gürcüstan tranzit ölkə kimi;
– Kommunikasiya – Azərbaycan və Gürcüstan – tranzit funksiyası;
– Regionun proqnozlaşdırıla bilən olması – hər üç ölkə;
– ABŞ üçün maraqlı olan İran konteksti – Azərbaycan və Ermənistanla qarşılıqlı fəaliyyət;
– Rusiyanı sıxışdırmaq – yenə də hər üç ölkə, lakin Rusiya ən çox Ermənistanda mövcud olduğu üçün İrəvan prioritetdir;
– Liberal müdaxilə – hər üç ölkə, lakin bu tarixi məqamda və bu kontekstdə İrəvandakı Paşinyan rejimi Qərbə daha yaxın olduğuna görə Ermənistanın təhlükəsizliyi Qərb üçün çox vacibdir”, – təhlildə vurğulanıb.
Analitiklərin fikrincə, geoiqtisadi baxımdan Qərbin regiondakı maraqları Azərbaycan və Gürcüstanla qarşılıqlı əlaqələrdən keçir:
“Geosiyasi baxımdan Qərblə Rusiya arasında qarşıdurma Ermənistanda, İranla qarşıdurma isə Azərbaycan və Ermənistanın perimetrində cərəyan edir. İran məsələsində Vaşinqtonun Bakı ilə maraqları üst-üstə düşür. İrəvanla isə əksinə – İran istiqaməti Ermənistan üçün Qərblə münasibətlər qədər vacibdir.
Bəs Qərb effektiv olmaq üçün nə etməlidir?
ABŞ-la AB-nin bəyanatları və hərəkətləri seytnot vəziyyəti yaradıb. Əgər eyni ruhda davam etsələr, o zaman Azərbaycanla bağlı problemlər, regionda mövqelərinin itirilməsi qaçılmazdır. Odur ki, Vaşinqton və Brüsselin bölgə siyasətinin təkamülünə ehtiyac var.
Hazırda birtərəfli mövqeyin iflası Qərbi öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir. Əks halda, artıq uğursuzluğa düçar olmuş siyasətin davam etdirilməsi daha böyük itkilərə gətirib çıxaracaq.
İndiki vəziyyətdə Qərb üçün prioritet Paşinyan rejimini dəstəkləmək və nəticədə Ermənistanın təhlükəsizliyini qorumaqdır.
Məntiqlə belə çıxır ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, rusiyayönümlü qüvvələr olsa, o zaman Qərbin dəstəyi bir o qədər də fəal olmayacaq! Əgər Ermənistana bu dəstək Azərbaycana təzyiq yolu ilə həyata keçirilərsə, o zaman Bakı indiki şəraitdə Ermənistanda Paşinyan rejimini məhv etməkdə maraqlı olacaq. Bu isə rusiyapərəstlik deyil, Bakı ilə Moskvanın maraqlarının taktiki olaraq üst-üstə düşməsidir! Çünki belə halda Bakı Qərbin regiondakı maraqlarını öz üzərinə cəmləyə bilər!
Əgər Qərb öz regional siyasətinə tənqidi yanaşsa və operativ şəkildə dəyişsə, Bakını Ermənistanda Paşinyan rejiminin saxlanmasında maraqlı edə bilər.
Qranadada keçiriləcək görüş ABŞ və AB-nin hansı yolu tutacağını göstərəcək. Bakı tərəflərə daha konstruktiv olmaq şansı verir. Biz artıq öncədən xəbərdarlıq etdiyimiz məqama yaxınlaşırıq: Azərbaycan Qarabağ üzərində suverenliyini bərqərar etdi və biz buna sülh müqaviləsi imzalanmadan nail olduq!
Paşinyan rejiminə dəstək yalnız Bakı ilə razılaşma yoluyla mümkündür və Qərb bunu başa düşməlidir. Əks halda siyasətinin daha böyük uğursuzluğu və iflası ilə üzləşəcək!”

Bunu da oxuyun

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

 

Previous Post

ABŞ-ın Qafqaz siyasəti: Bakıdan nə istəyir?

Next Post

Bu tarix Azərbaycanın inkişafının start nöqtəsidir

Bənzər yazılar

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə...

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb. Bu barədə Elchi.az...

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının...

Next Post
Bu tarix Azərbaycanın inkişafının start nöqtəsidir

Bu tarix Azərbaycanın inkişafının start nöqtəsidir

Bu tarix Azərbaycanın inkişafının start nöqtəsidir

Bu tarix Azərbaycanın inkişafının start nöqtəsidir

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.