ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə göndərilən F-16 donanmasının ABŞ Mərkəzi Komandanlığının missiya ərazisinə çatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamaya görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət bölgəsinə çatan F-16 donanması, nazirliyin daha əvvəl göndərdiyi müdafiə birlikləri ilə birlikdə işləyəcək.
Oktyabrın 7-də başlayan İsrail-Fələstin münaqişəsinə diqqət çəkən bəyanatda “İranın dəstəklədiyi qruplar həm İraqda, həm də Suriyada ABŞ qüvvələrinə hücum edib”.
Pentaqonun sözçüsü general Pat Rayder gündəlik mətbuat konfransında deyib: “Biz bilirik ki, bu hücumları həyata keçirən qruplar İnqilab Keşikçiləri Korpusu və İran rejimi tərəfindən dəstəklənir”. dedi.
Şayəstə Hüseynova