ABŞ-dan Yaponiyaya uzun mənzilli raketlərin satışı

104

ABŞ Dövlət Departamenti Yaponiyaya 104 milyon dollar dəyərində uzaqmənzilli qanadlı raketlərin və müvafiq avadanlıqların satışını təsdiqləyib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamaya görə, ABŞ Dövlət Departamenti Yaponiyaya 104 milyard dollar dəyərində 50 ədəd “JASSM-ER” uzun mənzilli qanadlı raket və əlaqədar avadanlıqların göndərilməsinə icazə verib.
Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərilib.
Dövlət Departamentinin silah satışına icazə verməsi o deməkdir ki, bu satışın ABŞ administrasiyası üçün yaxşı olduğu bildirilir.
ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya paketin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayır.
Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.

Şayəstə Hüseynova