ABŞ-da panika – Heç kim gözləmirdi

60

Çin hakimiyyəti bəzi sahələrdə ABŞ-la əməkdaşlığı müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Elchi.az xarici mətbuata istinadən bildirir ki, bu rəsmi Pekinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan səfərinə cavabı olub.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, ABŞ ilə regional hərbi komandanlıqlar səviyyəsində dialoqu, ABŞ Müdafiə Nazirliyinin nümayəndələri ilə iş görüşlərini və dəniz təhlükəsizliyi çərçivəsində ABŞ nümayəndələri ilə görüşləri dayandırır.
Bundan əlavə Çin ABŞ-la iqlim dəyişikliyi ilə bağlı danışıqlardan, həmçinin narkotiklərlə mübarizə, beynəlxalq cinayətkarlıqla mübarizə və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı sahələrdə əməkdaşlıqdan da imtina edir.

Həmçinin Çin və ABŞ arasında məhkəmə çəkişmələri və ədalət mühakiməsi sahəsində əməkdaşlıq müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, Nensi Pelosinin Tayvana səfərindən sonra Çin gömrüyü Tayvana qarşı bir sıra sanksiyalar tətbiq etdiyini açıqlayıb.(sfera.az)