ABŞ-də yüz minlərlə sakin işıqsız qaldı

51

Kaliforniya ştatında kəskin hava şəraiti səbəbindən 500 mindən çox istehlakçı işıqsız qalıb.

Ən çox elektrik kəsintiləri ştatın mərkəzi hissəsində yerləşən Sakramento və San Hoakin əyalətlərindədir.

Bildirilib ki, güclü qar və şiddətli külək elektrik enerjisinin verilişində kütləvi fasilələrə səbəb olub.

Sinoptiklər güclü yağıntıların davam edəcəyini proqnozlaşdırırlar.