Vaşinqton Rusiyanın Qloballaşmaya Qarşı Hərəkatının prezidenti Aleksandr İonova qarşı iş açıb və onun harada olması barədə məlumat verənə 10 milyon dollar mükafat təyin edib.
Elchi.az xəbər verir ki, bu barədə Aleksandr İonov özü məlumat yayıb.
Onun sözlərinə görə, bu hərəkətlərə səbəb amerikalı hüquq müdafiəçiləri ilə əməkdaşlıq etməsidir:
“Mən heç vaxt ABŞ-da olmamışam. 2014-cü ildən Amerika vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edirəm. Hüquq müdafiəçiləri fikir mübadiləsi aparmaq, qanunvericilik təşəbbüslərini, cinayətləri müzakirə etmək üçün bizə gəlirlər. Qanunsuz həbs edilmiş ABŞ vətəndaşları, polis özbaşınalığı faktları ilə məşğul oluruq”.
Qeyd edək ki, bir müddət əvvəl İonov ABŞ-da söz azadlığının ciddi şəkildə məhdudlaşdırıldığını, hüquq-müdafiə təşkilatlarının hakimiyyət və hüquq-mühafizə orqanlarının təzyiqi altında olduğunu demişdi.
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb
Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...





















Son şərhlər