ABŞ bu il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib

63

ABŞ Energetika Nazirliyi 2023-cü ildə “Brent” markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 83,10 dollardan 83,63 dollaradək korrektə edib.

Elchi.az-ın verdiyi xəbərə görə, 2024-cü ildə “Brent” kotirovkaları orta hesabla bir barel üçün 77,57 dollar səviyyəsində qalacaq.

Bundan əlavə, WTI markalı neftin orta qiymətinin 2023-cü il üçün proqnozu da yanvar ayı üzrə 77,18 dollar/bareldən 77,84 dollara yüksəldib, 2024-cü il üçün proqnoz isə dəyişməyərək bir barel üçün 71,57 dollar olub.