Birləşmiş Ştatlar BMT Baş Assambleyasında Ukraynanın İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqının vəhşiliklərinə dair qətnaməsini dəstəkləməkdən imtina etdi. Elchi.az xəbər verir ki, bu barədə “The Huffington Post” yazır.
Nəşrin məlumatına görə, payızda Ukraynanın BMT-dəki missiyası amerikalı həmkarlarından bu qətnamənin təbliğinə köməklik göstərməyi xahiş edib. Kiyevin sözlərinə görə, sənəd Rusiyanın ukraynalıların hüquqlarına tarixi müxalifətini vurğulamaq məqsədi daşıyır. Lakin təklif müəyyən səbəblərə görə rədd edilib.
Havar Şəfiyeva