İranın dəstəklədiyi qruplar ABŞ-ın Suriyadakı bazasına kamikadze PUA-larla hücuma cəhd edib.
Elchi.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Deyr əz-Zorda Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar gecə saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərində bazaya PUA-larla hücuma cəhd edib.
Bazadakı hava hücumundan müdafiə sistemləri PUA-ları hədəflərinə çatmamış məhv edib.
ABŞ hələlik hücumla bağlı açıqlama verməyib. ABŞ ordusunun Həsəkə və Dərir əz-Zordakı bazaları 2023-cü ilin oktyabr ayından bəri mənşəyi naməlum raketlər və kamikadze PUA-larla tez-tez hədəfə alınıb.
Nuranə Məmmədova