ABŞ Hərbi Hava Qüvvələri özünün ən yeni gizli bombardmançı “B-21 Raider” təyyarəsini təqdim edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Hazırda təyyarənin uçuş sınaqları davam edir. Təyyarənin hazırlanmasına 2015-ci ildə başlanılıb və o, ilk dəfə 2022-ci ilin dekabrında ictimaiyyətə təqdim edilib.
2023-cü ilin noyabrında isə təyyarə ilk uçuşunu həyata keçirib. Yer və uçuş sınaqlarının müvəffəqiyyətindən sonra bombardmançının seriyaya buraxılması qərara alınıb.
Bu təyyarələrdən ən azı 100-nün ABŞ-da istehsal ediləcəyi gözlənilir. Amerika rəsmiləri bildirirlər ki, “B-21 Raider” sonda “B-1B Lancer” və “B-2 Spirit” bombardmançılarını əvəz edəcək. Təyyarə həm adi, həm də nüvə silahı ilə bombardman edə biləcək.
Yeganə