Yəmən sahillərində ABŞ-a məxsus gəmi raketlə vurulub. Elchi.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
“Ambrey” kəşfiyyat firmasına görə, Yəmən yaxınlığında raketlə vurulan gəmi ABŞ-a məxsus Marşal adaları bayraqlı yük daşıyıcısıdır. raket gəminin anbarında yanğına səbəb olub, lakin gəmi dənizə yararlı olaraq qalır”, – deyə nəşr qeyd edir.
Yəmənin Hudeydə hava limanı yaxınlığında partlayış səslərinin eşidildiyi də əlavə olaraq bildirilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Yəmənin hakim Ənsar Allah hərəkatının şiə husi silahlılarının Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin Laboon esminesinə gəmi əleyhinə qanadlı raketlə hücum etdiyini bildirib. Raket Amerika qırıcısı tərəfindən Hodeyda şəhəri yaxınlığında vurulub.
Havar Şəfiyeva