“Abrams” tankları yaxın vaxtlarda Ukraynaya GƏLMƏYƏCƏK

34

“The Washington Post” yazır ki, ABŞ prezidenti Co Bayden “Abrams” tanklarını təhvil vermək qərarına gəlsə belə, bu tanklar yaxın zamanlarda Ukraynaya gəlməyəcək.

Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, adı açıqlanmayan amerikalı məmurun nəşrə izah etdiyi kimi, çox güman ki, tanklar aylarla, hətta illərlə Ukraynaya çatdırılmayacaq.

ABC telekanalı da amerikalı məmura istinadən bildirib ki, Kiyev tankları bir ildən çox gözləməli ola bilər, çünki ABŞ hakimiyyəti istehsalçılarla müvafiq müqavilələr bağlamalı olacaq.

Xatırladaq ki, bundan əvvəl KİV-lər yanvarın 25-də Baydenin ukraynalılara 30-dan 50-yə qədər “Abrams” tankı verməyə hazır olduğunu yazmışdı.

Bu arada, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Amerika tanklarının Kiyev rejiminə mümkün tədarükünü açıq-aşkar təxribat adlandırıb və xəbərdarlıq edib ki, zirehli texnika Ukrayna ərazisinə daxil olarsa, Rusiya hərbçiləri tərəfindən məhv ediləcək.

Yeganə