"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Abbas Abbasovun adamı rəqibini həbslə hədələyir

29 Dekabr 2014 - 09:17
in SİYASƏT
FacebookVatsap

“AzerRos” uğrunda çəkişmə pik həddə; Asif Məhərrəmov onun istefası məsələsini gündəmə gətirmiş opponentlərlə img1712018haqq-hesab çəkməyə başlayıb; qurum prezidenti qurultayın Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin əleyhinə açıq şantaja keçib; “Milyarderlər İttifaqı” qurumu nəzarətdə saxlamaq üçün son və qəti həmlə hazırlığında…

Bunu da oxuyun

Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində ziddiyyətlər kəskin olaraq qalır. Xəbər verdiyimiz kimi, bu ziddiyyətlər xüsusilə də qurumun hazırkı prezidenti Asif Məhərrəmova qarşı etimadsızlıq göstərildikdən sonra daha da dərinləşib.

Qısa xronologiya belədir: noyabrın 14-də “AzerRos”un Federasiya Şurasının 7-ci iclası keçirilib və toplantıda Asif Məhərrəmovun, eləcə də İcra Aparatının 2013-cü ilin yanvarından 2014-cü ilin noyabrınadək olan dövrdə fəaliyyəti müzakirə olunub. Çıxışlarda Məhərrəmova qarşı konkret iradlar əksini tapıb. Bildirilib ki, “Asif Məhərrəmov qurumu polis izolyatoruna çevirib”. Bu və başqa iradlar əsas gətirilərək 2015-ci il yanvarın 17-də yeni prezidenti seçmək üçün növbədənkənar qurultay çağırmaq qərara alınıb. Tahir Hacıyevin başçılığı ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Bundan sonra daxili mübarizə daha da şiddətlənib.
Xatırladaq ki, Asif Məhərrəmov Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini, “Milyarderlər İttifaqı”nın (RATİ) odioz üzvü və “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun adamı sayılır və bilavasitə onun təkidi ilə təşkilata prezident seçilib. Asif Məhərrəmovun özü də RATİ üzvüdür.
***
Bir neçə gün öncə qurum rəhbərliyində vəziyyətin kəskin olduğunu təsdiqləyən iki sənəddən bəhs eləmişdik.  Onlardan biri T.Hacıyev başda olmaqla, Təşkilat Komitəsi üzvlərinin “AzerRos” Federasiya Şurasının (FŞ) sədri Mehriban Sadıqovaya və hazırkı prezident Asif Məhərrəmova ünvanlanan bəyanat idi. Bəyanatda FŞ-nin dekabrın 25-nə tələm-tələsik iclas təyin etməsinə, ən əsası, iclasın gündəliyinə etiraz edilir, gündəliyə Məhərrəmovun prezident postunda fəaliyyətinin legitim sayılması, müvafiq surətdə Şuranın 14 noyabr iclasının isə qeyri-legitim hesab edilməsi (həmin iclasda Məhərrəmova etimadsızlıq göstərilib və növbədənkənar qurultay qərarı çıxarılıb) pislənilirdi.
İkinci sənəd konkret olaraq Tahir Hacıyev tərəfindən, lakin eyni şəxslərə ünvanlanan müraciət idi. Müraciətdə Məhərrəmova etimadsızlıq göstərilməsinin səbəb və motivləri ətraflı şəkildə diqqətə çatdırılır və o, Azərbaycan icması və hətta xalqı üçün yad, laqeyd bir ünsür kimi xarakterizə edilir.
***
Aldığımız ən son məlumatlara görə, növbədənkənar qurultay yaxınlaşdıqca qarşı duran tərəflər arasında “AzerRos”a rəhbərlik uğrunda mübarizə də şiddətlənir. Tahir Hacıyevin bu mübarizədə kömək diləyi ilə soydaşlarımıza son açıq müraciəti buna şübhə yeri qoymur.
Müraciətdə deyilir: “Mənim təşkilat komitəsinin sədri seçilməyimdən bir aydan çox vaxt keçir. Bu müddətdə biz qurultayla bağlı nəhəng işlər görmüşük. Ancaq seçildiyim ilk gündən mənə və təşkilat komitəsinin digər üzvlərinə qarşı Azərbaycan xalqının yalançı patriotları, o cümlədən hazırkı prezident, istefada olan polis polkovniki Asif Məhərrəmov tərəfindən hədələr səngimək bilmir. Bizə misli görünməmiş təzyiqlər edilir ki, qurultaya hazırlıq işləri pozulsun və ədalətli və demokratik seçkilər baş tutmasın”.
Hacıyev hədələrin xarakterindən də söz açır: “Asif Məhərrəmov və onun bədniyyətli dostlarının ünvanıma səpilən təhdidlərində mənim cinayət məsuliyyətinə cəlb ediləcəyim barədə hədələr yer alır. Artıq mənim biznesimin və şəxsi həyatımın yoxlanmasına başlanılıb. Mənə qarşı siyasi mübarizənin ən çirkin metodlarından, bu mübarizəyə hətta hüquq-mühafizə orqanlarını (təhqiqat komitəsi, prokurorluq, FSB) cəlb eləməklə istifadə olunur”.
Lakin Hacıyev bu hədələrdən qorxmadığını da açıq dilə gətirib: “Bütün məsuliyyətimlə bəyan edə bilərəm ki, ”AzerRos”u məhv eləmək istəyənlərin səyləri boşa çıxacaq və qurumu qorumaqda, onun ətrafına bizim ziyalıları, alimləri, həkimləri, hüquqşünasları, tarixçiləri, mədəniyyət və incəsənət xadimlərini, gəncləri toplamaqda bizə mane ola bilməyəcək… Mən qanun qarşısında təmizəm, hər hansı hüquq pozuntusuna da yol verməmişəm və eyni şeyi həmvətənlərimdən tələb edirəm. Özümə borc bilirəm deyim ki, “AzerRos” prezidenti özünün xidməti vəziyyətindən istifadə edərək Təşkilat Komitəsinin işini hər vəchlə pozmağa çalışır… Bir daha bütün həmvətənlərimə çağırış edirəm ki, öz hərəkətləri ilə təşkilatı praktik olaraq dağıtmış Asif Məhərrəmovun təxribatlarına və hədələrinə uymasınlar. Təşkilatı qorumaq üçün əllərindən gələni əsirgəməsinlər”.
***
Göründüyü kimi, “Milyarderlər İttifaqı” qurumu nəzarətdə saxlamaq üçün öz adamının əli ilə son və qəti hücuma keçmiş kimi görünür. Bu yerdə qeyd edək ki, bəzi təhlilçilər hazırda qurumda yaşananların 2013-cü ildə yaradılmış RATİ-ni zəiflətmək planının tərkib hissəsi ola biləcəyini düşünürlər. Bir daha diqqətə çatdıraq ki, son prezident seçkiləri zamanı RATİ, o sırada onun odioz və fəal üzvləri olan Abbas Abbasov və Söyün Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yaradıblar. İstisna deyil ki, “AzerRos” rəhbərliyində gedən proseslər Azərbaycanda gələnilki parlament seçkilərinədək “Milyarderlər İttifaqı”nı zəiflətmək, onun dayaqlarını təsirsiz hala gətirmək planının tərkib hissəsidir. (Musavat.com)

 

Previous Post

Abbas Abbasovun adamı rəqibini həbslə hədələyir

Next Post

Nəqliyyatda “intellektual xaos…”

Bənzər yazılar

Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

06 Avqust 2026 - 09:57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Ukraynaya səfəri çərçivəsində Kiyevdə xarici işlər naziri Andriy Sıbiha qarşılayıb. Elchi.az xəbər verir ki,...

Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

06 Avqust 2026 - 09:13

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. Elchi.az xəbər verir ki, bu barədə XİN...

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

05 Avqust 2026 - 16:46

Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi...

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

05 Avqust 2026 - 16:31

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara...

Next Post

Nəqliyyatda “intellektual xaos..."

Nəqliyyatda “intellektual xaos..."

Son xəbərlər

45-65 yaş arası bu vərdişlər sizi demansdan 13 il xilas edə bilər

45-65 yaş arası bu vərdişlər sizi demansdan 13 il xilas edə bilər

06 Avqust 2026 - 10:17
Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə qəbul üzrə qabiliyyət imtahanlarında iştirak edənlərin sayı artıb

06 Avqust 2026 - 10:09
Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

06 Avqust 2026 - 09:57
Sabah bəzi yerlərdə yağış leysan xarakterli intensiv olacaq

Bəzi yerlərə yağış yağıb – FAKTİKİ HAVA

06 Avqust 2026 - 09:44
Birjalarda neft bahalaşdı

Dünya bazarlarında neft ucuzlaşır

06 Avqust 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

06 Avqust 2026 - 09:26
Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

06 Avqust 2026 - 09:13
“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

05 Avqust 2026 - 19:28
Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

05 Avqust 2026 - 19:19
Salyanda yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb

05 Avqust 2026 - 19:11
Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək

Metropoliten: İcra olunan layihələr ictimai nəqliyyatın daha səmərəli təşkilinə təkan verəcək

05 Avqust 2026 - 18:57
Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

05 Avqust 2026 - 18:45
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40
Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

05 Avqust 2026 - 18:36
İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

05 Avqust 2026 - 18:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.