AB ölkəsi Ukraynaya dəstəyə qarşı çıxdı

57
Hotel Ukraine. Kiev, Ukraine

Macarıstan AB-nin maliyyə nazirlərinə Brüsseldə keçirilən iclasda gələn il Ukraynaya 18 milyard avroluq yardım paketinin hazırlanması üçün lazımi dəyişiklikləri dəstəkləməyəcəyini bildirib.

Elchi.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“Avropa Komissiyası çərşənbə günü Kiyevə daha stabil əsasda güzəştli kreditlərin verilməsini təklif edəcək, lakin bu təşəbbüs AB büdcəsində mövcud olan əlavə yardımdan istifadəni tələb edəcək. Macarıstanın maliyyə naziri Varqa həmkarlarına bildirib ki, 27 hökumətin yekdil dəstəyini tələb edən belə bir variantı dəstəkləməyəcək”, – məlumatda deyilir.