Avropa İttifaqı Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin Nigerə qarşı hərəkətlərinə dəstək məsələsini müzakirə edəcək. Elchi.az Ria Novostiyə istinadən xəbər verir ki bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
“Biz Nigerdəki, Sahel bölgəsindəki vəziyyəti müzakirə edəcəyik. Bununla əlaqədar bizi “ECOWAS”-ın prezidenti, eləcə də Bazuma hökumətinin xarici işlər naziri ziyarət edib. Biz “ECOWAS”-dan Afrika ölkələrinin Afrikanın problemlərini həll etmək üçün təklif etməyə hazır olduqları həll yolları haqqında daha çox öyrənmək imkanımız olacaq”- deyə o bildirib.
Müzakirələrdə Aİ ölkələrinin Xarici İşlər nazirliklərinin rəhbərlərinin iştirak edəcəyi dəqiqləşib.
Bundan əvvəl Fransa Nigerə hərbi müdaxilə ideyasını dəstəkləyib. Fransa prezidenti Emmanuel Makron Nigerdə konstitusiya quruluşunun bərpası naminə Paris “ECOWAS”-ın istənilən hərəkətini və səylərini, o cümlədən hərbi fəaliyyətləri dəstəkləməyə hazırdır.
Havar Şəfiyeva