-da; -də-nin harda bitişik və yaxud ayrı yazılması bu qədər ikrah doğurur, qıcıq yaradır, amma və lakin… Qarabağ təxminən 100 ildi Azərbaycanın siyasi coğrafiyasında ayrı yazılır, heç kimin heç harası tərpənmir!
Adə, bir az diri oynayın da!!! Qloballaşın da, nə qədər xırdaçılıq edərsiz, axı?
Qloballaşın deyəndə… elə etmək lazımdı ki, Qarabağ barədə təkcə qarabağlılar yox, talışlar, ləzgilər, kürdlər, hapıtlar, dağ yəhudiləri və başqaları düşünmədikləri hər an üçün vicdan əzabı çəksinlər. O boyda yükü təkcə qarabağlıların çiyninə və vicdanına buraxmaqla onları buraxmışıq erməninin, rusun, ingilisin, fransızın, amerikanın cənginə-tapdağına!((( elə etmək lazımdı ki, qarabağlıların rusu, ingilisi, fransızı, amerikanı talış, ləzgi, kürd, hapıt, dağ yəhudiləri olsun!
Axı Qarabağ savaşında o torpaqlar uğrunda ölən-şəhid olan -da; – də-nin harda ayrı, harda bitişik yazılmasını bilməyənlər oldu, bilənlərin tam əksəriyyəti isə alver etdi, hakimiyyət ələ keçirtdi, deputat oldu, partiya və qht sədri oldu, köşə yazarı oldu, saxta əlillik vəsiqəsi düzəltdi və qəzetlərdə, saytlarda, fb-də “qurban olum sənə canım Qarabağ” deyib asqırağa basdı. Deyəndə də ki, gedək azad edəkmi canım dediyin Qarabağı, qayıtdılar ki, a kişi, mən Qurban Qurbanova qurbanam e, futbol azərkeşiyəm, klub Qarabağı deyirəm, nə hərləyirəm Xudu Məmmədovun, Üzeyir Hacıbəyovun (onminlərlə bu cür dəyərli qarabağlı içində olmaqla) torpaq Qarabağını… mənim üçün vətən eşşəklə sevgili olduğum zırra dərəsidi, bir də rüşvətlə alıb üstündə ev tikdiyim hırra torpağı!(((
-da; -də-nin bitişik ya ayrı yazılmağının qeyrətini çəkməkdənsə, Qarabağın Azərbaycana hər yerdə (HƏR YERDƏ, HƏR YERDƏ!!!) bitişik yazılmasının davasını açın!
-da: -də-nin ayrı və yaxud bitişik yazılmasını bilməyən qızları bəyənməyib, qrammatika bilən qızları axtarmaqdansa, silahla bitişik oğlanları dünyaya gətirən analara layiq ərlər olun! öləndə də torpağı azad edə bilmədiyi üçün əlləri silahdan qopmayan oğullardan olun!
əuzi billahi minəş-şəytanir-rəcim!
və rəhmətullahi və bərəkatuhu!