"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Lerik sakini icra başçısını saxtakarlıqda ittiham edir

03 İyun 2017 - 11:11
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

“Saxta ekspertiza rəyi çıxartdırıb, torpağımı ələ keçirmək istəyir”

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Qəzetimizin ötən saylarında Lerik rayonunun Zərinqala kənd sakini, 86 yaşlı əmək veteranı Babaəli Ağayevin şikayəti əsasında “İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur” başlıqlı yazı dərc edilmişdi. Şikayətçi yazıda torpaq sahəsini və evini Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova satmadığı üçün sıxışdırıldığını, ona qarşı haqsızlıq edildiyini, icra başçısının birinci müavini Cəlil Baxşiyevin adamları tərəfindən əkin sahələrinin məhv edildiyini bildirmişdi. Şikayətçi iddia edir ki, bunun səbəbi icra başçısının ona məxsus torpağı ələ keçirmək istəyidir.
Şikayətçi Babaəli Ağayev yenidən redaksiyamıza müraciət edərək yazıdan sonra ona qarşı haqsızlıqların daha da artdığını bildirib: “Qəzetdə gedən yazı sanki qığılcımı alova çevirdi. Bizə qarşı yeni hücumlar, təxribatlar, əmlakımızın qarət edilməsi və s. fəsadlar başlandı. Biz 6 hektar torpaq götürmüşük və 6 nəfərik. 6 nəfərə də dövlət aktı ilə 6 hektara yaxın torpaq verilib. Lerik rayon Xalq Deputatları Soveti rəyasət heyətınin 25 may 1992-ci il tarixli qərarı ilə Zərinqala kəndinin bərpasına, onun 5 sakininə ev tikmək, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılır. Qərarda göstərilir ki, kəndin digər sakinləri də istənilən vaxt geri qayıtsalar, onlara torpaq sahəsi verilməlidir. Mən əmək təqaüdünə çaxandan sonra 1993-cü ildə özümə ev tikmişəm, digər kənd sakinləri də özlərinə ev tikməkdə davam edir və torpaqlarını əkib-becərirlər. Mənim evimin çıxarışı var. Ancaq icra başçısı mənim torpağıma göz dikib ki, evimi sökdürüb orada özü ev tikdirsin. Əvvəlcə torpağımı pulla satmağı mənə təklif etdi, mən rədd etdikdə isə qanunsuz yollara əl atmağa başladı. Bütün bunlar azmış kimi, yazı çıxdıqdan sonra icra başçısı qonşu Divaqac kəndinin digər sakini Eynulla Nuriyevi üstümüzə qaldırıb. Guya onların da torpağı mənim tikdirdiyim evin yerinə düşür və mən evimi sökməliyəm. Ancaq bir sadə suala cavab verə bilmirlər ki, ev tikilib 1992-ci ildə, çıxarışı və sənədləri var. Ötən 25 ildə siz harada idiniz? Bundan başqa, Divaqac kəndində 3 dəfədən artıq torpaq sahəsini zəbt etdiyiniz halda bizə olan iddian doğrudurmu? Nuriyev Eynulla mənə açıq-aydın bildirir ki, icra hakimiyyəti məni məcbur edir ki, sizdən əl çəkməyim. Əslində bütün bunları Lerik rayon icra başçısı edir ki, özünə orada böyük bir ev tiksin. Çünki biz Zərinqala kəndini xarabalıqdan gözəl və səfalı bir məkana çevirmişik. Bir dəfə torpağımızı ekspertiza etdilər və ekspertiza bizim xeyrimizə qərar verdi ki, onların bu torpaqda haqqı yoxdur. İcra başçısının təkidi ilə 2016-cı ilin may ayında təkrar ekspertiza aparıldı. Aparılan ekspertizada göstərilir ki, qonşu Divaqac kəndinin sakini Ramiz Xanəhmədova məxsus 29 sot torpaq mənim torpağımın üstünə düşür. Lakin bu ekspertiza aktına məhkəmə eksperti X. İsgəndərovun adı, soyadı yazılsa da o buna imza atmayıb. Beləliklə, Lerik məhkəməsinin hakimi F.Əliyev belə saxta rəyə əsasən qərar qəbul edərək torpağımızı R. Xanəhmədova aid edir. Lənkəran Kadastr İdarəsinin rəisindən belə bir ziddiyyətli, həm də heç bir həqiqəti əks etdirməyən vəziyyəti soruşduqda o, ”bizim kompüterimiz belə göstərir” cavabını verir. Mən tələb edirəm ki, təkrar ekspertiza keçirilsin və haqq-ədalət yerini tapsın”.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə dəfələrlə telefon əlaqəsi yaratmağa çalışsaq da, zəngimizə cavabverən olmadı. İttihamlarda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Previous Post

“ABŞ oyundan çəkilir, Rusiya isə…” – Baş nazir

Next Post

Rayonlarda məktəbə qəbul elektron qaydada aparılacaq

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Rayonlarda məktəbə qəbul elektron qaydada aparılacaq

Rayonlarda məktəbə qəbul elektron qaydada aparılacaq

Son xəbərlər

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 - 12:27
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

25 Sentyabr 2026 - 12:21
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək

25 Sentyabr 2026 - 12:20
Suraxanıda 11 kq narkotik aşkarlanıb – VİDEO

Suraxanıda 11 kq narkotik aşkarlanıb – VİDEO

25 Sentyabr 2026 - 12:18
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib

Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib

25 Sentyabr 2026 - 12:14
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

25 Sentyabr 2026 - 12:06
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

25 Sentyabr 2026 - 11:56
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

25 Sentyabr 2026 - 11:51
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər

25 Sentyabr 2026 - 11:47
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

25 Sentyabr 2026 - 11:40
Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

25 Sentyabr 2026 - 11:35
Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəətini yenidən Azərbaycana yatırır

Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəətini yenidən Azərbaycana yatırır

25 Sentyabr 2026 - 11:20
Avropada Qərbi Nil virusu ilə bağlı xəbərdarlıq: Artan ölüm və yoluxma halları

Avropada Qərbi Nil virusu ilə bağlı xəbərdarlıq: Artan ölüm və yoluxma halları

25 Sentyabr 2026 - 11:14
Rusiyada neft emalı zavodlarına dron hücumu: İşlər dayandırılıb

Rusiyada neft emalı zavodlarına dron hücumu: İşlər dayandırılıb

25 Sentyabr 2026 - 11:03
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

25 Sentyabr 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.