Yağış suları təsərrüfata ciddi ziyan vurub
Azərbaycanda çay məcrasından cıxıb, kənd su altında qalıb. İstiPress-in Aran bürosunun məlumatına görə, güclü yağış və sel suları çayda daşqına səsəb olub. Şamaxı rayonunun dağlıq ərazilərinə gecə saatlarında yağan güclü leysan rayon ərazisindən keçən Pirsaat çayı məcrasını dəyişməyə səbəb olub. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb. Əsasən də Qobustan rayonunun Poladlı kəndi sel suları altında qalıb. Kənd sakinlərindən bildiriblər ki, sel suları evləri, zirzəmiləri, həyətyanı və əkin sahələrini basıb, xeyli sayda ev quşları tələf olub.
Hazırda aidiyyatı qurumları əraziyə baxış keçirir, əhaliyə dəymiş ziyan müəyyənləşdirilir.