"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Milli Şura: BİR DİRİJORUN ÇUBUĞUNDAN ASILI ORKESTRİN XOR KAPELLASI

01 Fevral 2017 - 15:25
in KÖŞƏ YAZILARI
FacebookVatsap

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Çoxdan yazacağım mövzu idi. Sadəcə zamanının çatmadığını düşünürdüm. Mövcud vəziyyət proseslərə baxmağı diktə etdi. Hökumətin problemlərindən, islahatların vacibliyindən, son iki ilin ağır sosial-iqtisadi durumundan dəfələrlə yazmışıq, demişik. Hökumətin fəaliyyətindəki yarıtmazlıqla bağlı ən radikal fikirlərin müəllifi olmuşuq. Sosial-iqtisadi durumun acınacaqlı olması, insanların günü-gündən kasıblaşması göz önündədir.

Hökumətin öz işini görmədiyini, əhalinin sosial durumunun yaxşılaşmasına xidmət etməyə borclu olduğunu müxalifət deməlidir. Təkcə deməməlidir, həm də o qədər güclü və prinsipial olmalıdır ki, hakimiyyət onun dediklərini tərəddüdsüz yerinə yetirsin. Hesablasın ki, seçki var, etiraz var. Amma indiki durumda nəyi hesablasın? Bu etirazı kim edəcək? Müxalifət ayrı-ayrı dərnəklər səviyyəsindən yuxarı qalxa bilmir. Verilən təkliflər, birləşmək, güc mərkəzinə çevrilmək ideyası da havada qalır. Müxalifətin təmərküzləşməsi və birlik fəaliyyəti üçün bundan sıcaq şəraitin olması təsəvvürə belə yaddır.

Amma bütün siyasi hesab olunan qüvvələr Milli Şura deyilən bir qurumun, onun şantaj və hədəsinin qurbanına çevriliblər. İllərlə xalqın gözündə itən inam və etibarı qazanmağın münbit zamanını da bu qorxuya qurban verirlər. Bəs kimdir bu milli deyilən şuradakılar? Real gücü və imkanı tükənmiş, yorulmuş və əldən düşmüş zümrənin bircə ümid yeri sosial şəbəkədəki söyüş, şantaj və böhtandır. Milli Şura da bu “isti silah”ının hesabına gah sağ,  gah sol, gah mərkəzçi qüvvəyə çevrilir. Günün nəbzinə uyğun olaraq, liberal, milli, dini dəyərləri özü üçün MÖVSÜMİ PRİORİTETİ elan edir. Yəni, hardan alınır alınsın, amma alınsın prinsipi ilə. 

Milli Şura Azərbaycana nə verdi, necə yarandı deyib bəzi nüansları xatrılatmaq üçün zaman səyahətinə bir ehtiyac varmı? Varsa, təkrar edək ki,  zamanında Rusiyanın diktəsi ilə yaranan bu mərkəz Azərbaycanın dövlət dayaqlarını sarsıtmağa hesablanmışdı. Dövlətin mövcudluğunu qoruyub saxlamaq, qanuna, sərəncama hörmət edən, onu yerinə yetirən hökumətin, hakimiyyətin formalaşması üçün real və güclü, kənar təsirlərdən asılı olmayan müxalifətin olması dövlətin varlıq fəlsəfəsidir. Amma Milli Şura deyilən anti-milli şura elə yarananda bu dövlətin varlığını laxlatmaq üçün yaranmışdı, indi də o missiyadadır. Ona görə də strateji baxışları üst-üstə düşdü-düşmədi, kimi gəldi, necə gəldi müdafiə edirlər. Radikal dindarı da, ölkədə hansısa dövlətin maraqlarını həyata keçirəni  də. Və təbii ki, əgər buna müdafiə də demək olarsa… Sadəcə radikallığının dozası bir az daha artıq edilən cümlələr, bir neçə Facebook bəyanatı, saxta profillər hesabına qazanılan bir neçə bəyənmə…

Milli deyildiyi bu şura indi BİR DİRİJORUN ÇUBUĞUNDAN ASILI ORKESTRİN XOR KAPELLASINA bənzəyir.  Əli Kərimli isə həmin dirijordur. Yanındakı 10-15 nəfərin adını ora transfer edib və XORU gərəyi olanda çubuqla oxudur, gərəyi olmayanda aylarla çubuğunu tərpətmir. Xor kapellası da məzhun-məzhun durub o çubuğu gözləyir. Bu düşüncədəki Milli Şura xalqın şurası ola bilərmi? Təbii ki, yox! 1998-ci ildə SİDSUH, Demokratik Konqress, Milli Müqavimət Hərəkatı və digər qurumlarla bu qurumu müqayisə etmək mümkündürmü? Həmin qurumların gücünün mində birinə malikdirmi Milli Şura deyilən bu qurum? Bəs niyə malik deyil? Çünki mayası xalq üçün qoyulmamışdı. Hansısa dövlətin iradəsini, kimlərinsə şəxsi qazancını ifadə etmək üçün yaradılmışdı. 

2013-cü ildə qurulan oyunları, kənardan gələn sifarişləri kimsə unutmayıb. Azərbaycan siyasətinə aiddiyyatı olmayan Rüstəm İbrahimbəyovla qurulan oyun Cəmil Həsənliylə davam etdrildi. Sonucda da 200 min səslə yekunlaşdı. Bu rəqəm həm də etiraf rəqəmidir. Başqa rəqəm, nəticə gözlənilən də deyildi. Siyasətlə dirijor, dramaturq, tarixi faktları yazan birisi məşğul olanda nəticə də belə olur. Bəs nədən müxalifət bunu hesablamır? Bir kampaniyaçılığa görəmi?

AXCP-ni növbəti dəfə Əli Kərimlidən xilas edəndə azmı söyüldük, təhqir olunduq? Amma susmaq hər zaman qızıl deyil. İllərdir bir nəfər bütün siyasətçilərin başına öz mənfəəti naminə tor hörür. Müxalifəti dağıtmaq, xalqın inamını qırmaq siyasəti aparır. Hər kəs də susur və Əli Kərimlinin yazdığı taleyə boyun əyir. Əvvəlki zamanlarda bu susqunluğa irad bildirəndə deyilirdi ki, hakimiyyət dəstək verir, hakimiyyətə arxalanır, ona görə gücümüz çatmır. Bəs indi nə olub? İndi də Mark Zukerberq dəstək verir deyib, Facebook-da status yazacaq deyə susursunuz?

Ölkənin indiki durumu müxalifətin birgə fəaliyyətini diktə edir. Bu birlik isə Əli Kərimlisiz, Milli Şurasız olmalıdır ki, xalqa xeyirli olsun. Onun iştirakı ilə qurulan istənilən birlik bir neçə günlükdür desək, səhv etmərik. Burada bir faktı xatırlatmaq yerinə düşər. İctimai Palatanın Koordinasiya Şurasına yeni üzvlər seçilirdi. Ortada elə bir oyun qurulmuşdu, hadisələrdən uzaq adam elə bilərdi ki, ya ABŞ-da prezident, ya da Birləşmiş Millətlər Təşkilatına baş katib seçkisinə hazırlıqdır. Ən çirkin oyunları bir qurum ətrafında cəm etmişdilər. Əli Kərimlinin və onun “yurdçu”larının bütün işi-gücü, siyasəti  o idi ki, Əli Kərimli İsa Qəmbərdən daha çox səs toplasın, İsa Qəmbərdən öndə olduğunu sübut eləsin.  Amm bir soruşan yox idi ki, əcaba, nəyinizə lazımdır bu görüntü? Kimə nə sübut etmək istəyirsiniz, kimə özünüzü göstərirsiniz? Avropayamı, İranamı, hakimiyyətəmi? Xalqa demirik, çünki xalqı düşünən yox idi.
Bu dağıdıcılığın nəticəsində də İctimai Palata, yəni Əli Kərimlinin içində yer aldığı daha bir qurum onun siyasi ambisiyasının növbəti qurbanlarından oldu. Yenidən o hansısa birlikdə olacaqsa, yenə də hər kəs eyni tale, eyni siyasətin şahidi olacaq. Elçibəyə qarşı bütün çirkin oyunları qurub həm rejissoru, həm də usta oyunçusu olan Əli Kərimli və tərəfdarlarının nə zamansa əxlaqlı siyasət aparacağını gözləmək sadəlövhlükdür. Elçibəyi siyasət meydanından çıxarmaq, onun nüfuzunu aşağı salmaq üçün muzdlu jurnalistlərinə nələr yazdırmadı? Onu siyasətdə var edən bir liderə qarşı bütün pisliklərə baş vuranlardan bundan artıq nəsə gözləmək mümkün deyil. Ona görə də bu adamların ən uğurlu proyekti məhz xalqın yox, onun şəxsi mənfəətlərinin əsiri olan Milli Şura ola bilərdi. Bir az düşünmək zamanıdır.

Xalq güclü müxalifət istəyir. Hökuməti işləməyə məcbur edən, işləyə bilməyəndə isə dəyişməyi bacaran bir müxalifətin formalaşmasını gözləyir. Hələ ki, bu müxalifət formalaşmır. Əli Kərimlinin dirijor çubuğu ilə səsini qaldıran (söyüş söyən, böhtan atan, şantaj edən) anti-milli şuranın təqibindən qorxa-qorxa hər kəs bir küncdə dayanıb.

Previous Post

Azərbaycana gələn turistlərin sayı kəskin artıb – Statistika

Next Post

Azərbaycan polisindən nümunəvi hərəkət – FOTOLAR

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Azərbaycan polisindən nümunəvi hərəkət - FOTOLAR

Azərbaycan polisindən nümunəvi hərəkət - FOTOLAR

Son xəbərlər

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.