Qarabağ Dirçəliş Fondu 43 işçisinin könüllü tibbi və 3 nəqliyyat vasitəsinin KASKO sığortalanması üçün açıq tender elan edib.
Elchi.az xəbər verir ki, tenderdə iştirak haqqı 68 manatdır.
İddiaçılar təkliflərini dekabrın 18-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84 ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi “Qala Sığorta” ASC olub. Şirkətə 21 231 manat ödənilib.





















