Beynəlxalq Futbol Federasiyası (FİFA) kiberhücumun hədəfi olduğunu təsdiqləyib. Cinayətkarlar özlərini təşkilatın əməkdaşları kimi təqdim edərək qurumun daxili sənədlərinə çıxış əldə ediblər. Hakerlər maliyyə sənədləri və fərdi məlumatlar da daxil olmaqla 12 giqabaytdan çox məlumat oğurladıqlarını iddia edirlər.
Elchi.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Kiberhücuma görə məsuliyyəti ehtimal ki, “Handsome Boy Hacking Club” (HBHC) haker qruplaşması öz üzərinə götürüb. Qrup hələ noyabrın 19-da “X” sosial şəbəkəsində FİFA ilə bağlı faylların ekran görüntüsünü dərc edib.
Hakerlərin iddiasına görə, ələ keçirilən məlumatlar arasında şəxsiyyəti təsdiq edən sənədlər, miqrasiya sənədləri, federasiya rəhbərliyi barədə məlumatlar, maliyyə və hüquqi sənədlər, həmçinin təşkilatın idarə olunması ilə bağlı daxili materiallar yer alıb.
FİFA-nın özündə məlumat sızması faktını təsdiqləsələr də, cinayətkarların yalnız məhdud həcmdə fərdi və işgüzar məlumatlara çıxış əldə etdiyini bildiriblər. Hazırda qurum hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Məryəm





















