Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib.
Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev ARB24-ün efirində canlı yayımlanan “İş vaxtı” verilişində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında “Sülh körpüsü” təşəbbüsü çərçivəsində İrəvanda keçirilən görüşün əhəmiyyəti və sülh prosesi ilə bağlı sualları cavablandırıb.
Qüdrət Həsənquliyev eyni zamanda Ermənistanda siyasi durum, Paşinyanın Moskvaya gözlənilən səfəri fonunda Rusiya-Ermənistan münasibətləri, həmçinin ABŞ-Ermənistan əlaqələri, erməni diasporunun Qərb ölkələrinin siyasətçilərinə təsir imkanları və digər məsələləri şərh edib.
Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı...




















