UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Real” PSV-ni 5:1 hesabı ilə məğlub edib.
Elchi.az xəbər verir ki, Madrid klubununn qollarından ikisini Kilian Mbappe vurub. Bununla da, fransız futbolçu “Real”ın heyətində vurduğu qolların sayını 105-ı çatdırıb.
Bu nəticə ilə Mbappe “Kral klubu”nun heyətində ən çox fərqlənən futbolçuların siyahısında 19-cu pilləyə qalxıb. O, əfsanəvi braziliyalı hücumçu Ronaldonu geridə qoyub. “Yekədiş” “Real”ın heyətində 104 qol vurub.
Qeyd edək ki, “Real” tarixinin ən yaxşı bombardiri Kriştianu Ronaldodur. O, Madrid klubunun heyətində 450 dəfə rəqib qapılarına yol tapıb.





















