Almaniya üçün Alternativ (AfD) həmsədri Tino Çrupalla Almaniya kansleri Fridrix Mertsi Ukraynaya yardıma görə kəskin tənqid edib.
Elchi.az xəbər verir ki, onun sözlərini “Bild” nəşri sitat gətirib.
“Məktəblər, körpülər və dəmir yolları dağılır, orta təbəqə də onlarla birlikdə yox olur. Bununla belə, siz dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olan Ukraynaya sərmayə yatırılması üçün kampaniya aparırsız. Siz kimin kanslerisiniz, cənab Merts?”,-deyə o, Bundestaqda çıxışı zamanı deyib.
Bundan əvvəl Almaniyanın “Sosial Ədalət və Ağıllı İqtisadiyyat Alyansı” (BSW) partiyasının eksperti Sevim Dağdelen də Almaniya kanslerini tənqid edib. Onun sözlərinə görə, Fridrix Merts öz ölkəsini məhv etməklə yanaşı, Ukraynanın maliyyələşdirilməsinə milyardlar xərcləyir.
Noyabrın 24-də Merts bəzi üzv dövlətlər Ukraynaya 45 milyard avroluq yeni krediti maliyyələşdirməkdən imtina edərsə, Avropa Birliyinin yeni yeddi illik büdcəsini bloklamaqla hədələyib.
Yeganə




















