Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç noyabrın 23-də ona qarşı ölüm hədəsi daxil olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Vuçiç “Pink” telekanalının efirində söyləyib.
“Dünən mən ölüm hədələri aldım. Mənə aydın və birmənalı mesaj ötürüldü: məni “zərərsizləşdirəcəklər” (“likvidasiya edəcəklər”)”, – deyə qeyd edib.
Onun sözlərinə görə, hədələr “Vraçar klanı”nın üzvlərindən gəlib – o, bu cinayətkar qruplaşmanı mövcud hakimiyyətlə əlaqələndirir. Sabiq prezident həmçinin polisə etimadsızlıq ifadə edərək, hüquq-mühafizə orqanlarına müraciət etməkdə məna görmədiyini, çünki onların cinayətkar qruplaşmalara qarşı tədbir görmədiyini bildirib.
Məryəm




















