Fransanın “Monako” klubu almaniyalı hücumçusu Paris Brunnerlə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib.
Elchi.az xəbər verir ki, bu barədə jurnalist Fabrice Hawkins məlumat yayıb.
Mənbənin məlumatına görə, 20 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə ilə bağlı şifahi razılıq əldə olunub.
Brunner cari mövsümə uğurlu start verib. O, keçirdiyi 13 oyunda 8 qol vuraraq Avropanın bir sıra aparıcı klublarının diqqətini cəlb edib.
Qeyd edək ki, hücumçunun hazırkı müqaviləsi 2028-ci ilin iyununda başa çatır. Yeni razılaşmada sərbəstqalma məbləği nəzərdə tutulmayıb.



















