Moskva, o cümlədən Ankoricdə keçirilən görüşlər zamanı ABŞ-nin Ukrayna nizamlanması üzrə təklif etdiyi kompromislərlə razılaşıb, lakin görünən odur ki, Kiyev və Avropa hələlik hərbi əməliyyatların dayandırılması ilə bağlı sülh yolu ilə razılığa gəlmək istəmirlər.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Kompromislərə gəlincə, əlbəttə, kompromislər var, necə olmaya bilər?! Bu kompromislər Amerika tərəfindən təklif edilib və biz dəyişməz şəkildə bu kompromislərlə, o cümlədən Ankoricdə razılaşmışıq. Odur ki, onlar var və tərəfimizdən dəstəklənib”, – deyə Putin cümə axşamı jurnalistlərə bildirib.
“Məsələ bundadır ki, münaqişənin digər tərəfləri — Ukrayna və ya, deyək ki, bu halda onların avropalı sponsorları bu kompromislərlə razılaşmaq istəyirlərmi? Yəni onlar hərbi əməliyyatların, müharibənin dayandırılması üzrə sülh yolu ilə razılıq əldə etmək istəyirlər, yoxsa yox. Gördüklərimizdən belə nəticə çıxarmaq olar ki, hazırda xeyr. Baxarıq, hər şey axır, hər şey dəyişir”, – deyə Rusiya lideri vurğulayıb.
Məryəm





















