Konqo Demokratik Respublikasında (KDR) 2026-cı ilin may ayından bəri Ebola qızdırmasından 5,5 mindən çox təsdiqlənmiş ölüm halı qeydə alınıb. Ölkədə ümumilikdə 11,9 mindən çox yoluxma faktı aşkar edilib.
Elchi.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin tərkibinə daxil olan Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
İnstitutun informasiya bülleteninə əsasən, “epidemiyanın başlanğıcından bəri KDR-də ümumilikdə 11 376 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bunlardan 5 568-i ölümlə nəticələnib, ölüm göstəricisi 48,9% təşkil edir”. Epidemiyanın episentri İturi əyaləti olaraq qalır – təsdiqlənmiş yoluxma hallarının ümumi sayının 69,1%-i bu əyalətin payına düşür. Epidemiya KDR-nin səkkiz əyalətindəki 178 tibb zonasından 68-ni əhatə edib.
May ayında KDR və Uqandada başlayan Afrikadakı hazırkı Ebola epidemiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən sertifikatlaşdırılmış dərman və vaksinləri olmayan nadir Bundibucyo virusu tərəfindən törədilib. Uqanda hakimiyyəti iyulun 28-də ölkədə epidemiyanın başa çatdığını elan edib, avqustun 25-də isə ÜST bu məlumatı təsdiqləyib. Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə ilk Ebola yoluxması halının qeydə alındığını açıqlayıb. Oktyabrın 20-də isə Nigeriya Səhiyyə Nazirliyi ölkə ərazisində Ebola xəstəliyinin aşkar edildiyini bildirib.
Məryəm





















