İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüzqan əyalətinin Sirik şəhərindəki telekommunikasiya qülləsinə edilən hücuma cavab olaraq, Bəhreyndə yerləşən ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemi hədəf alınıb.
Elchi.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüzqan əyalətinin Sirik şəhərindəki telekommunikasiya qülləsinə edilən hücuma cavab olaraq, Bəhreyndə yerləşən ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemi hədəf alınıb.
İran mətbuatında ölkənin Hörmüzqan əyalətindəki Sirik şəhərinin yeni bir düşmən hücumuna məruz qaldığı barədə xəbərlər yayıldıqdan sonra, Tehran Vaşinqtona qarşı cavab tədbiri görüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, Sirikdəki telekommunikasiya qülləsinə edilən hücuma cavab olaraq, Bəhreyndəki ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemi hədəfə alınıb. Sözügedən radar sisteminin məhv edildiyini qeyd edən SEPAH bəyan edib: “Bu, təcavüzkar düşmənə hava təxribatlarına və Hörmüz boğazında neft qaçaqmalçılığına son qoyması üçün ciddi xəbərdarlıqdır. Əgər bu pozuntular və təcavüzkarlıq hərəkətləri davam edərsə, biz heç bir məhdudiyyət olmadan müdaxilə etməyə hazırıq”. Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən ticarət gəmilərinə toxunan bəyanatda əlavə olunub: “Qaydaları pozaraq təcavüzkar düşmənin xeyrinə hərəkət edən şirkətlər daha sərt sanksiyalarla üzləşəcəklər”.
Sirikə hücum
İran mətbuatında rəsmi mənbələrə istinadən yayılan məlumatlara görə, ölkənin Hörmüzqan əyalətində yerləşən Sirik şəhəri yeni bir düşmən hücumunun hədəfi olub. Hücum nəticəsində dəyən mümkün ziyan barədə ətraflı məlumat verilməyib.
Şayəstə





















