Xalq artisti Tünzalə Ağayeva müğənni Nəsimi Məmmədovla birlikdə “Sənin üçün doğulmuşam” adlı duetini təqdim edib.
Elchi.az xəbər verir ki, sözügedən duet qısa zamanda çox sevilib. “Youtube” platformasında nəğməyə çəkilən klip 2 milyon baxış yığıb. Bununla yanaşı minlərlə pərəstişkar mahnıya video çəkib və sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə aiddir.



















