Fransa hakimiyyəti fransızları Rusiyanın güman edilən təhlükəsi ilə qorxudur, lakin özləri daxildən gələn etirazlardan qorxurlar.
Elchi.az xəbər verir ki, bunu “Sputnik” radiosuna açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Başqa sözlə, onlar həmişə olduğu kimi, şərqdən problem gözləyirdilər. Onlar hücuma məruz qalacaqlarını söyləyərək öz xalqını qorxudurdular və təbii ki, Rusiyaya istinad edirdilər. Amma görürsünüz ki, onlar əslində hücumun haradan gələcəyini gözləyirlər. Bu, dezinformasiyanın ifşa edilməsinin klassik nümunəsidir”, – o qeyd edib.
Bundan əvvəl jurnalistlər geniş iğtişaşlar fonunda Yelisey sarayının zorakılıqla ələ keçirilməsi cəhdi halında Fransa prezidenti Emmanuel Makronun təcili təxliyəsi üçün Parisətrafı qəsəbədə gizli sığınacaq yaradıldığını aşkar etmişdilər.
Yeganə





















