"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib

06 Noyabr 2026 - 09:20
in İQTİSADİYYAT
FacebookVatsap

Ukraynanın Ujqorod şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Bunu da oxuyun

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

Dünya bazarlarında neft cüzi bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Elchi.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun və Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqalın həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında siyasi münasibətlər, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya və innovasiya, mədəniyyət, elm və təhsil, turizm və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycan-Ukrayna münasibətlərinin strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan möhkəm siyasi təməl üzərində inkişaf etdiyini vurğulayan energetika naziri Pərviz Şahbazov bildirib ki, mürəkkəb regional şəraitə baxmayaraq, iqtisadi əlaqələr müsbət dinamikanı qoruyur. Cari ilin səkkiz ayında ticarət dövriyyəsi 10,5 faiz, Azərbaycanın Ukraynaya ixracı isə 17 faiz artıb. Qarşılıqlı investisiyaların ümumi həcmi 513,5 milyon ABŞ dollarına çatıb. Azərbaycanda Ukrayna investisiyalı 290 kommersiya qurumu fəaliyyət göstərir.

İclasda bərpa olunan enerji, enerji səmərəliliyi, enerji saxlama texnologiyaları, istilik nasosları və elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafının regional enerji bağlantıları baxımından əhəmiyyəti vurğulanıb. İqtisadi əməkdaşlığın prioritet istiqamətləri üzrə birgə layihələrin vacibliyi qeyd edilib.

Azərbaycanın Ukraynaya humanitar və bərpa dəstəyi də müzakirə edilib. Bildirilib ki, müharibənin başlanmasından indiyədək Azərbaycanın humanitar, reabilitasiya və bərpa yardımlarının ümumi həcmi təxminən 52 milyon ABŞ dollarına çatıb. Enerji infrastrukturuna avadanlıq yardımları, İrpin şəhərində sosial obyektlərin bərpası, ukraynalı uşaqların reabilitasiyası sahəsində dəstək tədbirləri barədə məlumat verilib.

Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal isə Azərbaycanla strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib. Azərbaycanın Ukraynaya davamlı dəstəyini yüksək qiymətləndirən nazir Azərbaycana göstərilən həmrəyliyə və yardımlara görə təşəkkürünü ifadə edib. Qeyd olunub ki, Azərbaycanın indiyədək təqdim etdiyi 10-dan çox enerji yardımı paketi çərçivəsində Ukraynaya çatdırıllmış zəruri avadanlıqlar enerji təchizatının bərpasında mühüm rol oynayır.

Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Həmçinin 2026-2027-ci illər üçün 14 istiqamət üzrə tədbirləri əhatə edən Fəaliyyət Planı qəbul edilib.

İclas çərçivəsində Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masası da təşkil olunub. Dəyirmi Masada çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsində özəl sektorun və birgə investisiyaların mühüm rolu var. Azərbaycanın əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, sənaye parkları, nəqliyyat və rəqəmsal bağlantıları birgə istehsal və regional bazarlara çıxış üçün geniş imkanlar yaradır. Enerj və enerji səmərəliliyi, həmçinin aqrar-sənaye, qida emalı, logistika və sənaye kimi sahələr perspektivli əməkdaşlıq istiqamətləri kimi qeyd edilib. Ukraynanın sənaye parkları, dövlət-özəl tərəfdaşlığı və bərpa layihələrində Azərbaycan şirkətlərinin iştirakı perspektivlərinə də toxunulub. Səfər çərçivəsində külək turbinləri istehsalı sahəsinə və Xust Sənaye Parkındakı ATEF müəssisəsinə baş çəkilib və bu obyektlərin fəaliyyəti ilə tanış olunub.

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edibAzərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edibAzərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edibAzərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edibAzərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib
Previous Post

“Bitcoin”in qiyməti 76 min dollardan aşağı düşüb

Next Post

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Bənzər yazılar

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 - 11:02

Azərbaycanın neft sənayesinin əsas simvollarından biri olan “Çıraq” platformasından indiyədək 108 milyon tona yaxın neft hasil edilib. Elchi.az xəbər verir...

Dünya bazarlarında neft cüzi bahalaşıb

Dünya bazarlarında neft cüzi bahalaşıb

07 Noyabr 2026 - 10:47

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,03% artaraq 1...

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

07 Noyabr 2026 - 10:26

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

06 Noyabr 2026 - 17:38

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri...

Next Post
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Dövlət şirkətlərində korporativ idarəetmə qaydalarının tətbiqi Maliyyə Nazirliyinə həvalə edilib

Dövlət şirkətlərində korporativ idarəetmə qaydalarının tətbiqi Maliyyə Nazirliyinə həvalə edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

07 Noyabr 2026 - 12:08
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir

Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir

07 Noyabr 2026 - 11:56
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

07 Noyabr 2026 - 11:38
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

07 Noyabr 2026 - 11:29
Bir gecədə 411 Ukrayna PUA-sı vuruldu

Bir gecədə 411 Ukrayna PUA-sı vuruldu

07 Noyabr 2026 - 11:19
“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 - 11:02
Dünya bazarlarında neft cüzi bahalaşıb

Dünya bazarlarında neft cüzi bahalaşıb

07 Noyabr 2026 - 10:47
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

07 Noyabr 2026 - 10:26
Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

07 Noyabr 2026 - 10:00
Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

06 Noyabr 2026 - 23:05
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.