"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şuşa – qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 - 12:26
in XƏBƏR LENTİ
FacebookVatsap

Şuşanın işğaldan azad olunması xalqımızın arzusu olmaqla yanaşı tarixin də gözləntisi idi. Çünki qala şəhərimizin düşmənə təslim edilməsini nə xalqımız, nə də tarix bağışlamışdı. Sapı özümüzdən olan xainlər Şuşanı düşmənə təslim etməklə onlara bu imkanı yaratmışdılar ki, işğalı dağlarda toy kimi bayram etsinlər. “Dağlarda toy” əməliyyatı nəticəsində milli xəyanətin köməyi ilə Şuşa işğal olundu. Şəhərimiz uzun illər əsirlik həyatı yaşadı. Tarixi torpaqlarımızda özlərinə dövlət quranların tör-töküntüləri həyasızcasına Şuşanı heç vaxt qaytarmayacaqlarını bəyan edirdilər. Amma bir həqiqəti unudurdular. Şuşanın taleyi işğalçıların bəyanatları ilə həll olunmurdu. Şuşa Azərbaycanın idi və Azərbaycan xalqı öz tarixi şəhərinin azadlığına qovuşacağı günə inanırdı. Çünki tarix də susmur, danışır. Ədalətin carçısı kimi həqiqəti, kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarır və tarixin səhifələrini yenidən yazır.

Bunu da oxuyun

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

8 noyabrda Azərbaycan tarixi dünya hərb mərkəzləri üçün yeni bir dərs vəsaiti yazdı. Böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qəhrəmanlıq səhifəsi dünyanı heyrətə gətirdi. Dağlara, qayalara dırmaşan hərbçilərimiz ölümün gözünə dik baxaraq Şuşaya qalxdılar və Azərbaycan azad oldu!
Şuşa bizim üçün həm də Azərbaycan idi! Çünki Şuşa ilə Azərbaycanın milli qüruru da işğal olunmuşdu. Şuşanın azadlığı xalqımızın qürurunun, tarixi ədalətin və milli ruhumuzun zəfəri idi.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qərarı qəti idi. Şuşa azad olunmalıydı! “Biz o torpaqlara qayıdacağıq, o bulaqların suyunu içəcəyik” söyləyən, millətinə atalıq edən böyük liderin tarixi sözləri ata nəsihəti, valideyn vəsiyyəti idi. 8 noyabr 2020-ci ildə tarixdə həmin ata nəsihəti tam icra olundu. Şuşa azad edildi. Xalqımızın illərlə qəlbində yaşatdığı qayıdış arzusu gerçəkləşdi.

Şuşanın azadlığı ata nəsihətinə sədaqətin, Vətən sevgisinin və tarixi torpaqlarımıza qayıdış əzminin təntənəsi oldu. O bulaqlar, o cənnət diyarı bizim idi, yenidən bizim oldu. Cıdır düzü atlarımızın şahə qalxmasına bir daha şahidlik etdi, bu qələbənin sevincini yaşadı. Şuşada üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin, dövlət suverenliyimizin yenidən doğuluşu kimi xalqımıza səadət yaşatdı. Biz böyük Sərkərdə ilə özümüzə sahib olmağın, milli qürurumuzun, dövlət olaraq böyüklüyümüzün xoşbəxtliyini yaşadıq.

Şuşa keçmişin xəyanətini də, bu günün qələbəsini də öz daş yaddaşında yaşadır və xəyanətin tarixə yazdığı ağrını qələbənin tarixi ilə cavablandırdı. Arzular, şeir, sənət və mədəniyyət şəhəri kimi yaddaşlara hopan Şuşa bu gün birlik qalası kimi Azərbaycanın döyüş əzmini, xalqımızın sarsılmaz iradəsini və Vətən sevgisini nümayiş etdirən qəhrəmanlıq ünvanıdır. Şuşanın azadlığı tariximizin ən şərəfli səhifələrindən biri, qəhrəmanlığımızın əbədi ifadəsidir. Dünya hərb tarixində qala şəhərlərinin azadlığı uğrunda çoxsaylı döyüşlər yaşanıb. Şuşanın azadlığı isə tarixə görünməmiş qəhrəmanlıq nümunəsi kimi yazıldı. Çünki bu döyüşdə qəhrəman hərbçilərimizin qarşısında bütün maneələr öz gücünü itirdi. İgidlərimiz mürəkkəb dağ relyefində əvvəlcə daşa, qayaya, daha sonra isə düşmənə qalib gəldilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, xüsusilə xüsusi təyinatlılarımızın sıldırım qayalarda, keçilməz dağ yollarında apardığı mübarizə sübut etdi ki, Vətən sevgisi qarşısında bütün maneələr cılız görünür. Şuşaya aparan yolda iradəmizin qarşısında ən uca zirvələr belə müqavimətini itirdi. Çünki Şuşaya gedən yolun sonunda azadlıq, azadlığa aparan qələbənin arxasında isə Ali Baş Komandanın qətiyyəti dayanırdı.
Şuşa işğaldan belə azad olundu. Canımız və qanımız hesabına köləlikdən, mütilikdən qurtulan mədəniyyət şəhərimizdə biz yaşayırıq və yaşayacağıq. Bütün şəhərlərin özünəməxsus rəmzi olur. Şuşa isə qəhrəmanlıq rəmzi kimi həmişə yaddaşlarda yaşayacaq.

Şuşa qalibiyyətin simvolu, milli iftixar hissi ilə yaşadığımız Zəfərin və qəhrəmanlığın təntənəsi kimi həm yaşayış ünvanı, həm də hər bir azərbaycanlının ehtiramla ziyarət etdiyi müqəddəs məkandır. Qala şəhərimiz öz tarixi ucalığını, mədəni zənginliyini və qəhrəmanlıq ruhunu yenidən özünə qaytararaq xalqımızın əbədi qürur ünvanına, milli yaddaşımızın və tarixi varlığımızın canlı salnaməsinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, dövlətimizin qüdrəti və ordumuzun gücü qarşısında heç bir xain niyyət Şuşanın azadlığına, təhlükəsizliyinə və əmin-amanlığına kölgə sala bilməz.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Previous Post

İran müharibəyə hazırlaşır,təyyarələri dağların altına köçürür

Next Post

Sabah Bakıya yağış yağacaq

Bənzər yazılar

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Elchi.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Elchi.az xəbər verir ki, tədbir Heydər...

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...

Next Post
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

DTX dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

DTX dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

11 Noyabr 2026 - 09:14
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

10 Noyabr 2026 - 19:22
Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

10 Noyabr 2026 - 19:00
Paşinyan Parisdə Makronla görüşüb

Paşinyan Parisdə Makronla görüşüb

10 Noyabr 2026 - 18:34
SEPAH-ın yeni raket şəhəri təqdim olunub

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10 Noyabr 2026 - 16:41
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

10 Noyabr 2026 - 12:25
BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

10 Noyabr 2026 - 12:12
Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10 Noyabr 2026 - 11:57
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

10 Noyabr 2026 - 11:50
Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

10 Noyabr 2026 - 11:30
Qazaxda avtomobil yanıb

Qazaxda avtomobil yanıb

10 Noyabr 2026 - 11:10
Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb

10 Noyabr 2026 - 10:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

10 Noyabr 2026 - 10:19
Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

09 Noyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.