ABŞ-ın Florida ştatında helikopterin dənizə düşməsi nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Elchi.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi sosial şəbəkədəki paylaşımında bildirib ki, dünən Florida ştatının Mayami şəhəri yaxınlığındakı Key-Biskeyn (Key Biscayne) ərazisində kiçik bir helikopter dənizə düşüb. Məlumata görə, göyərtədə olan üç nəfərdən biri həyatını itirib, digər iki nəfər isə xəsarət alıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) qəza ilə bağlı araşdırmalara başlanıldığını elan edib.
Şayəstə





















