Avropa ölkələri onilliklərdir ki, ABŞ-ın tibbi tədqiqatlarından faydalanır, Amerika vətəndaşları isə dərmanlar üçün artıq pul ödəyirdilər.
Elchi.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens Şimali Karolinada çıxışı zamanı bu ittihamı Aİ ölkələrinə qarşı parazitlikdə səsləndirib.
Qurum rəsmisinin sözlərinə görə, qlobal əczaçılıq bazarında mövcud qiymət sistemi uzun illər ABŞ vətəndaşlarını əlverişsiz vəziyyətə salıb.
“Uzun müddətdir ki, nənələrimiz, valideynlərimiz və biz özümüz dərmanlar üçün həddindən artıq yüksək qiymətlər ödəmişik, Avropa ölkələri isə ABŞ-da yaradılmış yeniliklərə pulsuz giriş əldə etmişlər”,-deyə Vens qeyd edib.
Bundan əvvəl J.D.Vens Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünə qarşı bəyanatla çıxış edib. Bundan əvvəl “The Financial Times” (FT) yazırdı ki, Avropa liderləri Rusiya prezidenti Vladimir Putinə münaqişəyə son qoymaq variantlarından biri kimi Kiyevin NATO-ya daxil olması şərtini təklif etmək istəyirlər.
Yeganə





















