ABŞ və NATO “Patriot” batareyalarının xidməti üzrə Avropa mərkəzinin yerləşdiriləcəyi ölkə qismində Polşanı seçiblər.
Elchi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
“Patriot batareyaları üçün servis mərkəzinin yaradılması ilə bağlı danışıqlar birbaşa final mərhələsinə yaxınlaşıb. Çox ehtimal ki – rəsmi bəyanatla çıxış etməyə səlahiyyətim çatmasa da – təhlükəsizlik baxımından bu mühüm layihə üçün tərəfdaş qismində Polşa seçiləcək”, – deyə Tusk Nazirlər Kabinetinin iclasından əvvəl bəyan edib.
Məryəm





















