Konqo Demokratik Respublikasında (KDR) 10 mindən çox Ebola qızdırmasına yoluxma halı qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə çərşənbə akşamı ölkə hakimiyyətinə istinadən “Associated Press” məlumat yayıb.
KDR Səhiyyə Nazirliyinin məlumatına görə, 10 060 nəfər virusa yoluxub, onların 5 mindən çoxu vəfat edib. Daha əvvəl 4,3 min ölüm halı və 9 minə yaxın yoluxma barədə xəbər verilmişdi.
Ebola qızdırması epidemiyasının başlanması rəsmi olaraq mayın 15-də Konqonun İturi əyalətində elan edilib. Virusa yoluxma halları həmçinin qonşu Keniya, Nigeriya və Uqandada da qeydə alınıb.
Məryəm




















