Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyini gücləndirməyə çağırıb.
Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Şurasının ikigünlük iclasına gələrkən bildirib.
“Bu səhər bir neçə kiçik görüş zamanı vurğuladım ki, biz həm qışda, həm də gələn il Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik”, – kansler bildirib.
Merts vurğulayıb ki, Aİ Ukraynaya uzunmüddətli yardım göstərmək üçün maliyyəni artırmalı olacaq.
Oktyabrın 4-də Almaniya kansleri Fridrix Merts iqtisadi nümayəndə heyəti ilə gözlənilmədən Kiyevə gəldi; onun səfəri əvvəlcədən elan edilməmişdi. Siyasətçi Almaniyanın Ukraynaya hərbi dəstək üçün bir milyard avro və enerji sektorunun təmiri üçün əlavə 350 milyon avro ayıracağını vəd edib.
Yeganə





















