ABŞ-ın Florida ştatında səhər saatlarında səmada nəhəng meduzanı xatırladan, mavi rəngli və parlayan bir bulud peyda olaraq görənləri heyrətə saldı. Məlum olub ki, bu hadisə “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketinin buraxılmasından sonra baş verib.
Elchi.az xəbər verir ki, Floridadakı səmada müşahidə olunan bu qeyri-adi mənzərə yerli sakinlərin diqqətindən yayınmayıb. Günün erkən saatlarında ortaya çıxan bu parlaq, meduza bənzər buludun mənbəyi tez bir zamanda müəyyən edilib.
Floridadakı “Cape Canaveral” Kosmik Qüvvələr Stansiyasından Beynəlxalq Kosmik Stansiyaya təxminən 2,9 ton yük və avadanlıq daşıyan “SpaceX Falcon 9” raketi buraxılıb. Yerli vaxtla saat 06:33-də baş tutan buraxılışdan sonra səmada böyük, mavi rəngli və meduzanı xatırladan işıqlı bir bulud formalaşıb.
NASA-nın paylaşımı səs-küy yaratdı: Kosmosda gülən üz!
Səmada müşahidə olunan mənzərənin görüntülənməsi
“Türkiye Gazetesi”nin NBC6-ya istinadən verdiyi xəbərə görə, Ocala şəhərində iti ilə gəzintiyə çıxan bir nəfər bu qeyri-adi mənzərəni fotoşəkilə çəkə bilib. Səmada həmin mavi işığı görən digər yerli sakinlər də gördükləri barədə məlumat vermək üçün televiziya kanalına müraciət ediblər.
Meduza bənzər bulud necə yarandı?
NBC6-nın meteoroloqu Çelsi Ambriz izah edib ki, belə hadisələr raketlərin atmosferə buraxdığı qazların günəş işığını əks etdirməsi və səpələməsi nəticəsində baş verə bilər. Bu fenomen günəş çıxmazdan bir qədər əvvəl və ya günəş çıxdıqdan qısa müddət sonra həyata keçirilən raket buraxılışları zamanı müşahidə oluna bilər. Yerdən baxdıqda sirli, işıqlı bir bulud kimi görünən bu mənzərə, raketin atmosferə buraxdığı qazların günəş şüaları ilə işıqlanması nəticəsində yaranır.
Şayəstə





















