"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

15 Oktyabr 2026 - 11:31
in SİYASƏT
FacebookVatsap

“Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil” – Prezident İlham Əliyev bu sözləri oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirmişdir. Təəssüf ki, Qurultaydan cəmi bir neçə gün sonra təhsil ocaqlarımızın ideoloji təxribatların yuva və alətinə çevrilmə potensialına əyani şəkildə şahidlik etdik.

Bunu da oxuyun

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

ZMkgJUR6MYhg8UPsNhwXUiUEZELEchCYDMnSJ7jC_1200.jpg (63 KB)

Şübhəsiz ki, məhz hakim partiyanın Qurultayı çərçivəsində dövlət başçısı tərəfindən bu cür mövzuya toxunulması əsla təsadüfi hadisə deyil. Prezidentin qeyd olunan sözləri bilavasitə təxribatçı qüvvələrə yönəlmiş açıq xəbərdarlıq mesajıdır: “məkrli niyyət və planlarınız bizə bəllidir.” Tərəddüd etmədən və qərəzli tənqidlərdən çəkinmədən deməliyik ki, dövlətçilik müstəvisində ideoloji təxribatlara yol açan bütün tikanlı cığırlardan gələn təhlükələrin qarşısı dərhal alınmalıdır. Bu cür məsələlərdə təxribatçılarla siyasi alver və hansısa danışıqların aparılması üçün ümid yaradan yumşaq ritorikadan istifadə olunması yolverilməzdir. Bütün dövrlərdə düşmənlərin hədəfi olan milli maraqların toxunulmazlığı və sabitliyin dayanıqlığı bunu tələb edir.

Bəli, bu bir həqiqətdir ki, internet texnologiyalarının sürətlə inkişaf edən müasir dövrdə ideoloji təxribatlar sərhəd tanımır. Real həyat ilə virtual dünya arasında sərhədləri sanki görünməz edən internetin hökmranlıq etdiyi bir şəraitdə ideoloji təxribatlara qarşı müdafiə istehkamının inşası mümkünsüzdür. Bu cür təxribatların qarşısı sərt, hətta bəzən populyar hesab olunmayan metodlar vasitəsilə mütləq alınmalıdır. Populizm isə hadisələrin budaqlanmasına və yaranın böyüməsinə səbəb ola bilər. İdeoloji təxribatlar içi barıt ilə dolu çəlləkdirsə, məsuliyyətsiz demaqogiya həmin çəlləyi partlada biləcək kibrit qutusudur. Məhz bu səbəbdən də bəzilərinin “qəribə” davranışlarına görə sosial şəbəkələr daha çox vəhşi cəngəlliklərə bənzəyir. Unutmayaq ki, ideoloji müstəvidə hətta ən kiçik ehtiyatsızlıq böyük fəsadlara gətirib çıxara bilər.

Dəfələrlə müxtəlif təxribatlara şahidlik etmiş məmləkətimizin vətəndaşları gözəl bilir ki, bütün ideoloji təxribatlara xas olan bir neçə əsas keyfiyyət mövcuddur: milli adət-ənənələrə spekulyativ şəkildə istinad olunması; müvafiq qanunlar ilə müəyyən olunan qaydaların cəmiyyətə məhz məhdudiyyətlər sistemi kimi təqdim olunması; alternativsiz mövqeyin sərgilənməsi; həqiqətin təhrif olunması; insanların milliyyətçilik hissləri ilə oynaması; cəmiyyətin müxtəlif düşərgələrə parçalanması; həssas mövzulara toxunmaqla emosional gərginliyin yaradılması və s. Bütün bunların tək bir adı var: manipulyasiya.

Şübhəsiz ki, sadalananlar klassik manipulyasiyanın ənənəvi metodlarıdır. Onlara impuls verən və hərəkətə gətirən əsas amil isə süni şəkildə yaradılan emosional gərginlikdir. Şahidlik etdiyimiz bəzi mənzərələrin əsl səbəb və məqsədlərini aydın etmək üçün bu sadə siyasi həqiqəti bilmək kifayətdir. Mövcud kontekstin inkişafında Qurultayda səsləndirilmiş Prezident İlham Əliyevin digər sözlərini də yada salaq: “Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil.” Dövlət başçısının açıq göstəriş məzmunlu bu tapşırığının icrasından yayınmaq özü bir təxribatdır.

Məktəbli geyim ilə əlaqədar siyasi qalmaqal və ajiotaj yaratmaq məqsədini güdən sifarişli hadisələrə kompleks şəkildə diqqət yetirsək görə bilərik ki, bu hadisələrin passiv iştirakçıları da var. Onlar özlərini təxribatçılar düşərgəsinə açıq şəkildə aid etməsələr də, yaranmış vəziyyətdən yararlanmaq istəyirlər. Odur ki, yaşanan hadisələr həm də passiv təxribatçıların ifşasına xidmət etmiş oldu. Beləliklə, Azərbaycan ictimaiyyəti yaşanan hadisələr timsalında sabitlik və suverenliyin düşməni olan təxribatçıların əlindən son manipulyasiya alətinin alınması prosesinə şahidlik edir.

Özündən böyük olana “müəllim” deyib müraciət etmək kimi gözəl ənənəsi olan xalqın sitayiş ünvanı da gərək çılpaq emosiya yox, elm olsun. Bilik sərvətdirsə, o zaman dünyanın ən xeyirxah peşəsi müəllimlikdir. Bilik nurdursa, o zaman bu nurun çırağı da müəllimdir. Gənclik bizə əmanətdirsə, o zaman bu əmanətin keşikçisi də müəllimdir. Qeyd olunanlar ilə razılaşsaq, o zaman auditoriya bir ibadətgahdır, oxumaq və müəllimlik etmək isə ibadətdir. Gözəl əxlaqlı gənclərimiz də məhz bu ibadətin arxasınca getməlidir.

RESMİ BAKİ.jpg (282 KB)

Azərbaycanı emosional oyunbazlıqla hansısa ideoloji seçimə sürükləyənlər çox yanılırlar. Dövlətin bu və ya digər konkret qərarı ideoloji və dini seçiminin təzahürü deyil. Mövcud istiqamətdə atılan bütün addımlar məhz ideoloji təxribatlara qarşı nümayiş olunan prinsipial mövqenin təcəssümüdür. Təzyiq və idarə etmək məqsədilə istifadə olunan dini atributikanı insanların pak və ülvi hisslərini təşkil edən fərdi inam duyğularından ayırd etməyi bacarmalıyıq. Siyasi oyunlar üçün istifadə olunan emosiyaların insanın yaradana olan ülvi sevgi hisslər ilə heç bir əlaqəsi yoxdur. Emosional gərginlik yaratmaq naminə insanların ülvi və təmənnasız hisslərindən istifadə edərək onların “kirli” oyunlarda alət kimi istifadə olunması – bah budur əsl mənəviyyatsızlıq və bu cür cəhdlərin heç bir bəraəti ola bilməz. Bu cür insanların elm və mərhəməti tərənnüm edən həqiqi islam ilə heç bir əlaqəsi ola bilməz.

Dünya dövlətlərin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, hər hansı ölkəni ideoloji təxribatlara təhrik edən əsas amil informasiya siyasətinin zəifliyidir. Dövlət siyasətinin mövcud istiqamətində yaranan boşluqlar qısa müddət ərzində ideoloji “tullantılar” ilə doldurulur. Məhz bu səbəbdən də Prezident yuxarıda qeyd olunan çıxışında vurğulamışdır ki, yeni, müasir ideoloji işlər aparılmalıdır.

Sevindirici haldır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bəzi qüvvələrin cəhdlərinə rəğmən, yenə də təxribatlarda iştirak etmədi. Mövcud hal ona görə sevindirir ki, partiyalar cəmiyyəti birləşdirən və həmrəyliyi təmin edən əsas siyasi institutlarından biridir. Qeyd olunan amil ölkəmizdə həmrəyliyin perspektivliyinə işarə edir. Heç də istisna etmək olmaz ki, təxribatların qarşısında dayanan strateji hədəflərdən biri məhz siyasi partiyaları ideoloji demaqogiyaya təhrik etmək idi. Alınmadı və alınmayacaq da çünki, uğrunda qan tökmüş və candan keçmiş Azərbaycan vətəndaşı öz dövlətini və Vətənini sevir və ona sadiqdir. Bu mənada Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” ifadəsi sadəcə şüar yox, hər bir məsuliyyətli fərdin ümummilli vətəndaş mövqeyinin duası olmalıdır.

politoloq Asif Adil

Previous Post

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı

Next Post

Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır

Bənzər yazılar

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26

Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib. Bu barədə Elchi.az-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13

Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Azərbaycan Respublikasının...

Next Post
Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır

Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır

Səmada nəhəng meduza peyda oldu! Səbəbi məlum oldu

Səmada nəhəng meduza peyda oldu! Səbəbi məlum oldu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

24 Oktyabr 2026 - 11:36
Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

24 Oktyabr 2026 - 11:34
Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

24 Oktyabr 2026 - 11:32
Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

24 Oktyabr 2026 - 11:10
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

24 Oktyabr 2026 - 11:09
Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

24 Oktyabr 2026 - 10:52
Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

24 Oktyabr 2026 - 10:50
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

24 Oktyabr 2026 - 10:49
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

24 Oktyabr 2026 - 10:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.