İndoneziyadakı yanğınlar səbəbindən Sinqapurda havanın çirklənmə səviyyəsi 2026-cı il üçün ən yüksək göstəriciyə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ölkənin qərbində kiçik bərk zərrəciklərin (PM2.5 – diametri 2,5 mikrometr və ya daha kiçik) konsentrasiyası 288 mkrq/m³ təşkil edib ki, bu da 2026-cı ilin ən yüksək göstəricisidir. Havanın çirklənmə göstəriciləri mərkəzi rayonlarda 218, cənubda 177, şərqdə isə 208 mkrq/m³ olub.
Nəşr vurğulayıb ki, norma çərçivəsində PM2.5 göstəriciləri 0 ilə 55 aralığında dəyişir. 56-dan 150-dək olan göstəricilər insan sağlamlığı üçün təhlükəli hissəciklərin yüksək konsentrasiyasını göstərir, 151-dən 250-dək olan göstəricilər isə yüksək hesab olunur. 251 mkrq/m³-dən çox olan hissəcik konsentrasiyası isə həddindən artıq yüksək (kritik) qəbul edilir.
Məryəm




















