"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliyə hörmət, ədalət meyarları və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin göstəricisidir.

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Birmənalı şəkildə demək olar ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Çünki dövlətimizin sözü də, imzası da etibarlıdır! İmzalanan sənədlərə sədaqət, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi və tərəfdaşlıq münasibətlərinə məsuliyyətli yanaşma ölkəmizin beynəlxalq nüfuzunu müəyyən edən başlıca amillərdəndir.

Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə səfəri, keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanla Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların mövcudluğunu nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O bildirib ki, bu səfər dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişafına verilən əhəmiyyətin ifadəsi kimi yadda qaldı.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Kamboca arasında fəal əməkdaşlığın mövcudluğunu qeyd edərək BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində siyasi əlaqələrin inkişaf etdiyini bildirdi.

Dövlət başçısı ikitərəfli təmasların intensivləşdirilməsinin, ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin, təhsil, turizm və nəqliyyat sahələrində əməkdaşlığın inkişafının vacibliyini söylədi. Parlamentlərarası əlaqələrə toxunan Prezident hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini və Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırdı. Prezident iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanların hərtərəfli araşdırılmasının və qarşılıqlı sərmayə qoyuluşunun təşviqinin vacibliyini də vurğuladı. “ASAN” xidmət modelinə Kambocada göstərilən maraq Azərbaycanın dövlət idarəçiliyi sahəsində təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və tətbiqinə şərait yaradır. Dövlət başçısının mina problemi, sülh və təhlükəsizlik məsələlərinə dair fikirləri beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin regional və qlobal əməkdaşlığın əsas şərtlərindən biri olduğunu nümayiş etdirən mühüm mesaj oldu.

Deputat yekunda bildirib ki, ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir. Beləliklə, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da güclənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.

Previous Post

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

Next Post

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Qərbi azərbaycanlıların hüquqlarına, onların tarixi torpaqlarına...

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

14 Oktyabr 2026 - 12:32

Cari ilin yanvar-sentyabr aylarında Bakı Limanında yük daşıma göstəricilərində artım qeydə alınıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)  bildirilib ki, 2026-cı...

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi...

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

Next Post
Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

14 Oktyabr 2026 - 18:26
Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

14 Oktyabr 2026 - 18:19
Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

14 Oktyabr 2026 - 17:57
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 17:51
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

14 Oktyabr 2026 - 17:49
Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

14 Oktyabr 2026 - 17:44
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

14 Oktyabr 2026 - 17:39
Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

14 Oktyabr 2026 - 17:36
Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

14 Oktyabr 2026 - 17:28
Lavrov Bakıya gəldi

Lavrov Bakıya gəldi

14 Oktyabr 2026 - 17:16
Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09
İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

14 Oktyabr 2026 - 16:59

Şavkat Mirziyoyev Bakıya yola düşüb

14 Oktyabr 2026 - 16:53
İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

14 Oktyabr 2026 - 16:47
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 16:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.