İlkin məlumatlara görə, Meksikanın Sinaloa ştatındakı bir həbsxanada ziyarət saatlarında məhbuslar arasında baş verən üsyan nəticəsində 10 nəfər həyatını itirib, 16 nəfər isə xəsarət alıb.
Elchi.az xəbər verir ki, Sinaloa İctimai Təhlükəsizlik Katibliyinin yazılı açıqlamasında bildirilir ki, üsyan Mazatlan şəhərindəki həbsxanada ziyarət saatları zamanı başlayıb.
Açıqlamada hadisə nəticəsində doqquz məhbusun və bir məhbus yaxınının öldüyü, xəsarət alan 16 məhbusun isə xəstəxanalarda müalicə olunduğu qeyd edilib.
Yerli KİV-lərin məlumatına görə, üsyan zamanı məhbuslar odlu silahdan istifadə ediblər.
Hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Meksikanın Federal Təhlükəsizlik Kabineti Milli Qvardiyanın müdaxilə etdiyini və 1800 məhbusun saxlanıldığı həbsxanada vəziyyətin “nəzarət altına alındığını” bildirib.
Ümumilikdə tutumundan artıq yüklənmiş və tez-tez narkotik kartellərinin təsiri altında olan Meksika həbsxanalarında zorakılıq halları tez-tez baş verir.
Şayəstə





















