Bu il ABŞ-da qeydə alınan qızılca hallarının sayı 4000-i keçərək, 2025-ci ildəki göstəricini təxminən iki dəfə üstələyib.
Elchi.az xəbər verir ki, ABŞ-dakı Cons Hopkins Universiteti ölkədəki qızılca halları ilə bağlı məlumatları açıqlayıb. Məlumatlara əsasən, 2026-cı ilin əvvəlindən bəri ölkə üzrə 4020 yoluxma halı qeydə alınıb. Açıqlamada qeyd olunub ki, ötən il ümumilikdə 2286 qızılca halı aşkar edildiyi halda, cari ilin ilk 10 ayı ərzində qeydə alınan halların sayı bu rəqəmdən təxminən iki dəfə çox olub. Bildirilib ki, bu il ən çox qızılca halı Pensilvaniya, Cənubi Karolina, Yuta, Viskonsin, Ohayo, Texas, Virciniya və Florida ştatlarında müşahidə edilib.
Şayəstə





















