Rusiya Prezidenti Vladimir Putin İranın regional münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüslərini dəstəklədiklərini bildirərək deyib: “Biz bu istiqamətdə İrana hər cür yardım göstərməyə hazırıq”.
Elchi.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza bölgəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Regiondakı vəziyyətin gündəliyin əsas məsələsi olduğunu qeyd edən Putin deyib: “Biz bilirik ki, İran öz təqsiri olmadan başlamış münaqişəyə son qoymaq üçün ciddi səylər göstərir və sülh yolu ilə həll üçün yeni təkliflər irəli sürüb. Biz vəziyyətin həllinə kömək etmək üçün əlimizdən gələni etməyə hazırıq. Rusiya ilə İran arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir”.
Şayəstə




















